Hacıqabulda “Milliön” terminalı qarət edilib

Hacıqabulda “Milliön” terminalı qarət edilib
# 26 dekabr 2016 07:45 (UTC +04:00)

Hacıqabulda “Milliön” terminalından pul oğurlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhəri H.Həmidov küçəsində, ticarət mərkəzinin ərazisində yerləşən “Milliön” terminalı qarət edilib. Terminalı arxa tərəfdən sındıran şəxslər oradan 3 min manatdan çox pul aparıblar. Hacıqabul rayon Polis Şöbəsində hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR