Dünya birjalarında qızıl 1 dollar ucuzlaşıb

Dünya birjalarında qızıl 1 dollar ucuzlaşıb
# 11 iyun 2015 06:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,33% - 18 000,40 bəndədək, NASDAQ 1,25% - 5 076,69 bəndədək, S&P 500 1,20% - 2 105,20 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,13% - 6 830,27 bəndədək, Fransa CAC-40-ı 1,75% - 4 934,91 bəndədək, Almaniya DAX-ı 2,40% - 11 265,39 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 1,25% - 20 296,83 bəndədək, Hang Seng 0,84% - 26 912,02 bəndədək bahalaşıb, Shanghai 0,19% - 5 337,57 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1 dollar azalaraq 1 185,60 dollara, gümüş isə 0,02 dollar bahalaşaraq 15,98 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR