Avropa Voleybol Konfederasiyasının saytında Avropa Oyunlarının məşəlinin paytaxta gətirilməsi barədə yazı verilib

Avropa Voleybol Konfederasiyasının saytında Avropa Oyunlarının məşəlinin paytaxta gətirilməsi barədə yazı verilib
# 08 iyun 2015 07:54 (UTC +04:00)


Bakı. Məlahət Nəcəfova – APA. Avropa Voleybol Konfederasiyasının saytında Birinci Avropa Oyunlarının məşəlinin paytaxta gətirilməsi barədə məqalə yerləşdirilib.

APA-nın xəbərinə görə, məqalədə məşəlin oyunların başlanmasına 5 gün qalmış - iyunun 7-də möhtəşəm şəkildə Bakıya daxil olması xüsusi qeyd edilir. Yazıda Birinci Avropa Oyunlarının həm Azərbaycan, həm də bütün Avropa üçün tarixi həmiyyətə malik olduğu bildirilir.

Məqalədə Azərbaycanın gənclər və idman naziri Azəd Rəhimova istinadən vurğulanır ki, son altı həftə ərzində məşəlin səyahəti dünya ictimaiyyəti qarşısında Azərbaycanın imicini formalaşdırıb. Açılış mərasimindən öncə baş tutan məşəlin səyahəti paytaxta yeni görüntü bəxş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR