Ötən ay Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi 12% artıb

Ötən ay Ceyhan limanından dünya bazarlarına çıxarılan neftin həcmi 12% artıb
# 05 iyun 2015 15:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayı ərzində 2 mln. 473,865 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

APA-Economics”in Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,05% çoxdur. Bu həcmin 1 mln. 432,206 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 11 mln. 713,260 min ton təşkil edib ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 0,09% çoxdur.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) istismara verilən gündən bu il iyun ayının 1-ə qədər Ceyhan limanından 273 mln. 652,350 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR