"Tekfen İnşaat" OGPC-nin tikintisinə qoşulmaq niyyətindədir

"Tekfen İnşaat" OGPC-nin tikintisinə qoşulmaq niyyətindədir
# 04 iyun 2015 14:24 (UTC +04:00)

Bakı Musa Əhmədov - APA-Economics. “Tekfen İnşaat” Bakının Qaradağ rayonunda inşa ediləcək Neft-Qaz və Neft-Kimya Kompleksinin (OGPC) tikintisində iştirak etmək niyyətindədir.

APA-Economics”in məlumatına görə, bunu "Tekfen İnşaat"ın prezidenti Levent Kafkaslı deyib.

“Tekfen İnşaat”ın bu sahədə təcrübəsi var. Mən əminəm ki, bu, yaxın zamanda mümkün olacaq. Bizim Azərbaycanda axtardığımız əsas sahələr bunlardır. Biz sənaye podratçısı kimi tanınırıq. Amma biz bağladığımız müqavilələrlə və gördüyümüz işlərlə nəyə qadir olduğumuzu nümayiş etdirmişik”, - deyə L. Kafkaslı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR