Yaponiyada daha bir zəlzələ baş verib - YENİLƏNİB

Yaponiyada daha bir zəlzələ baş verib - <span style="color: red;">YENİLƏNİB
# 24 noyabr 2016 00:29 (UTC +04:00)

Yaponiyanın Honsü adası yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Namiye yaşayış məntəqəsindən 37 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

***

02:03

Yaponiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Fukusima prefekturasından şərqdə yerləşib.

Sunami təhlükəsi elan edilsə də, meteoroloqlar onun dağıntılara səbəb olmayacağı bildirilir.

Zəlzələ paytaxt Tokio daxil olmaqla ölkənin 17 prefekturasında hiss olunub.

Xatırladaq ki, iki gün əvvəl Yaponiya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib. Dağıntı və zərərçəkən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR