Rusiyanın Yekaterinburq şəhərində HİV epidemiyası rəsmi elan olunub

Rusiyanın Yekaterinburq şəhərində HİV epidemiyası rəsmi elan olunub
# 02 noyabr 2016 01:40 (UTC +04:00)

Rusiyanın Yekaterinburq şəhərində HİV (İİV-İnsan İmmunçatışmazlığı Virusu) epidemiyası rəsmi elan olunub.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Yekaterinburqun hər 50-ci sakini bu təhlükəli virusa yoluxub. Bu barədə Yekaterinburq Səhiyyə İdarəsinin rəis müavini Tatyana Savinova bildirib.

Onun sözlərinə görə, hər 100 min sakindən 1826 nəfəri, yəni şəhərin 1,8 faiz əhalisi bu ölümcül virusa yoluxub.

Yekaterinburqda 26693 HİV-ə yoluxma halı qeydə alınıb. Lakin bu rəsmi qeydə alınmış hallardır – yoluxan şəxslərin real sayı daha çoxdur.

Məlumata görə, yoluxma daha çox narkotik vasitələrin qəbulu və cinsi əlaqə yolu ilə baş verir (müvafiq olaraq 52 və 46 faiz). Məlumatda qeyd olunur ki, Rusiyada homoseksual əlaqə yolu ilə HİV-ə yoluxma, demək olar ki, baş vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR