Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi İran nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi İran nümayəndə heyəti ilə görüşüb
# 19 oktyabr 2016 16:57 (UTC +04:00)

Bakı-APA. Bakıya dostluq səfəri çərçivəsində İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi "Dəmavənd" və "Cövşən" gəmilərinin şəxsi heyəti oktyabrın 19-da Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iranlı hərbçilər Heydər Əliyevin məzarı və "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Ziyarətdən sonra 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi 1-ci dərəcəli kapitan Şahin Məmmədov ilə görüşüb.

Oktyabrın 21-dək davam edəcək səfər çərçivəsində gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR