Azərbaycanda aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət üzrə Milli Proqram təsdiqlənib

Azərbaycanda aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət üzrə Milli Proqram təsdiqlənib
# 30 iyun 2015 12:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət üzrə Milli Proqram”ı təsdiqləyib.

APA-nın məlumatına görə, baş nazir Artur Rəsizadə tərəfindən imzalanaraq iyun ayından qüvvəyə minən “Aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət üzrə Milli Proqram” “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli fərmanına uyğun olaraq hazırlanıb.

Başqa sözlə, “Aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət üzrə Milli Proqram” “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda nəzərdə tutulan keyfiyyətə nəzarət sahəsində görüləcək işlərdən bəhs edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR