Azərbaycanda keçirilən növbəti qəbul imtahanının nəticələri açıqlanıb

Azərbaycanda keçirilən növbəti qəbul imtahanının nəticələri açıqlanıb
# 26 may 2015 12:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə mayın 24-də keçirilmiş imtahanın nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 15224 abituriyentdən 1227 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 13997 abituriyentdən 29 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 13968 abituriyentin imtahan nəticələri yerləşdirilib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR