Rusiya Ukraynaya satılacaq qazın güzəştsiz qiymətini açıqlayıb

Rusiya Ukraynaya satılacaq qazın güzəştsiz qiymətini açıqlayıb
# 09 iyun 2015 12:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ukraynaya satılacaq Rusiya təbii qazının hər 1 000 kubmetrinə olan güzəştsiz qiyməti bu ilin III rübündə 287,15 dollar təşkil edəcək, IV rübdə bu rəqəm 262,5 dollar olacaq.

"APA-Economics" RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev bildirib.

O əlavə edib ki, hazırda güzəşt məsələsi müzakirə olunmaqdadır: “Güzəşt ixrac rüsumu nəzərə alınmadan tətbiq edilir. Bu güzəşt isə ya tam, ya da hissə-hissə tətbiq olunmaya bilər. Bunun isə "Qazprom"a aidiyyatı yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR