Türkiyə taekvondo yığması Avropa Oyunlarına tam heyətlə gələcək

Türkiyə taekvondo yığması Avropa Oyunlarına tam heyətlə gələcək
# 16 aprel 2015 09:55 (UTC +04:00)

Bakı – APA. Türkiyə yığması I Avropa Oyunlarının taekvondo yarışlarına tam heyətlə qatılmaq hüququ əldə edib. Apasport.az saytının məlumatına görə, bu barədə qonşu ölkənin Taekvondo Federasiyasının prezidenti Metin Şahin açıqlama verib.

O bildirib ki, aprel üçün müəyyənləşən reytinqə əsasən, Bakı-2015-ə 8 idmançı ilə gələcəklər: “Olimpiya çəki dərəcələrinin səkkizində də Avropa ölkələri arasında ilk “14-lük”də yer aldığımızdan bu hüquqa yiyələnmişik. Yəni, birinci dəfə təşkil olunacaq qitənin ən böyük yarışına tam heyətlə qatılacağıq. İdmançılarımız iştirak etdikləri yarışlarda əldə etdikləri xallara əsasən bunu bacardılar. Avropa Oyunlarında da özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”.

Şahin yarışa qatılacaq idmançıların adlarını da açıqlayıb. Onun sözlərinə görə, komandalarının 1 nömrələri – Görkeç Sezer (58 kq), Servet Tazegül (68) Yunus Sarı (80 kq), Ali Sarı (+80 kq), Rukiye Yıldırım (49 kq), Hatice Kübra Yangın (57 kq), Nur Tatar (67 kq) və Furkan Asena Aydındı (+67 kq).

Qeyd edək ki, Oyunlarda iyunun 16-19-a təsadüf edəcək taekvondo yarışlarında hər ölkə 4 idmançı ilə təmsil olunmaq hüququna malikdi. Bu, yalnız reytinqi yüksək olan idmançılar və ev sahibləri üçün keçərli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR