Yəmənin Ədən şəhəri üsyançılardan azad edilib

Yəmənin Ədən şəhəri üsyançılardan azad edilib
# 17 iyul 2015 00:51 (UTC +04:00)

Bakı-APA. Yəmənin sayca ikinci ən iri şəhəri Ədən husi üsyançılarından azad edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yəmən hökuməti bəyan edib.

Qeyd olunur ki, iyunun 16-da son 70 üsyançı şəhərin mərkəzi bölgəsində hökumət dəstələrinə təslim olub.

Ədən üzərində nəzarətin bərpası martın sonundan etibarən hökumət qoşunlarının ilk uğuru hesab edilir.

Yerli mətbuatın yazdığına əsasən, artıq Yəmən hökumətinin bir neçə üzvü Səudiyyə Ərəbistanından vətənə dönüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR