Samur-Abşeron kanalından tapılan skeletin kimə aid olduğu müəyyənləşib

Samur-Abşeron kanalından tapılan skeletin kimə aid olduğu müəyyənləşib
# 11 mart 2017 09:14 (UTC +04:00)

Martın 8-də Samur-Abşeron kanalından tapılan insan skeletinin kimə aid olduğu müəyyənləşib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, cəsədin Xaçmazın Yeni Həyat kənd sakini Qazıbəyov Telman Ramazan oğlu olduğu müəyyən edilib.


T. Qazıbəyov 2015-ci ildə itkin düşüb. O, iki il öncə çimmək üçün kanala girib və batıb. Həmin müddətdən bəri itkin düşən şəxs kimi qeydiyyatda olub.


Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR