Fil Dişi Sahili SOCAR-ın səhmdarı olduğu layihənin inşasına razılıq verib

Fil Dişi Sahili SOCAR-ın səhmdarı olduğu layihənin inşasına razılıq verib
# 13 dekabr 2016 14:23 (UTC +04:00)

Fil Dişi Sahili hökuməti ölkə ərazisində yeni qaz terminalının tikintisinə razılıq verib.

"APA-Economics" "Africanews" agentliyinə istinadən xəbər verir ki, layihədə 34%-lik paya malik Fransanın "Total" şirkəti həm də operatordur.

Dövlətin layihədəki payı 11% təşkil edir.

Digər iki səhmdar isə SOCAR və "Shell" şirkətləridir.

Terminal 3 mln. tonluq həcmə malik olacaq.

Layihənin 2018-ci ilin ortalarında işə salınması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR