Bakıda ticarət mərkəzindən 16 min ədəd partlayıcı oyuncaq götürülüb

Bakıda ticarət mərkəzindən 16 min ədəd partlayıcı oyuncaq götürülüb
# 06 dekabr 2016 08:40 (UTC +04:00)

Bakıda yeni il qabağı partlayıcı oyuncaqlar və pirotexniki məmulatlara qarşı reydlərə başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisindəki ticarət mərkəzində səyyar ticarətlə məşğul olan Cavanqulu Məmmədovdan 10 000 ədəd, Fərid Qəmbərovdan isə 6000 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR