Birinci Avropa Oyunlarının məşəli Daşkəsən rayonunda qarşılanıb

Birinci Avropa Oyunlarının məşəli Daşkəsən rayonunda qarşılanıb
# 16 may 2015 12:12 (UTC +04:00)

Bakı-APA. “Bakı - 2015” Birinci Avropa Oyunları məşəli bu gün Daşkəsən rayonuna aparılıb. APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Daşkəsən rayonunda məşəl estafetinə rayonun girişindən start verilib. Burada məşəli rayon sakini, dünya çempionu Xəqani Abdullayev qəbul edib.

Daşkəsən rayonunda idmançılar marafon boyu məşəli bir-birinə ötürməklə 2 kilometrədək məsafəni qət edib, şəhərin mərkəzi meydanına çatıblar. Zaur Həsənov məşəli rayonun mərkəzi meydanında qurulan səhnəyə gətirib. Burada qurulan simvolik məşələ od vurulub.

Birinci Avropa Oyunlarının çırağı yarışlar başa çatana qədər saxlanılması üçün Elməddin Əliyevə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR