Daha bir neft-qaz şirkəti Azərbaycanı tərk edib

Daha bir neft-qaz şirkəti Azərbaycanı tərk edib
# 14 dekabr 2016 06:18 (UTC +04:00)

"Commonwealth Oil and Gas Company LTD" şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edir. "APA-Economics" xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yerləşdirilən elanda deyilir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 14 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət "Commonwealth Oil and Gas Company LTD" "Arawak" şirkətinin törəmə müəssisəsidir. "Arawak" Rusiya, Azərbaycan və Qazaxıstanda neft-qaz hasilatı və kəşfiyyatı ilə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR