“Heydər Əliyev və Hüseyn Cavid” adlı monoqrafiya nəşr olunub

“Heydər Əliyev və Hüseyn Cavid” adlı monoqrafiya nəşr olunub
# 11 sentyabr 2013 10:04 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” adlı monoqrafiyası nəşr olunub. APA-nın məlumatına görə, monoqrafiya Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib. Yeni nəşrdə Cavid irsinə Heydər Əliyevin göstərdiyi diqqət və qayğıdan bəhs olunur. Kitab “Ədəbiyyatın Böyük Mesenatı”, “Turan Xanım Canlı Körpü İdi...”, “Cavid-Yazdığı kimi” və s. adlı səkkiz fəsildən və fotoşəkillərdən ibarətdir.

Ədəbiyyatşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Heydər Əliyev və Hüseyn Cavid” kitabının redaktoru Aybəniz Əliyeva-Kəngərlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR