Ərdəbil vilayətinin başçısı: “Azərbaycan vətəndaşlarının əksəriyyəti bura müalicə üçün gəlir”

Ərdəbil vilayətinin başçısı: “Azərbaycan vətəndaşlarının əksəriyyəti bura müalicə üçün gəlir”
# 03 iyun 2014 15:54 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu İranın Ərdəbil vilayətinin başçısı Məcid Xudabəxş orada səfərdə olan bir qrup azərbaycanlı jurnalistə açıqlamasında deyib. O bildirib ki, iki ölkə arasında çox yaxşı əlaqələr var: "Sevindirici haldır ki, Azərbaycanla çox yaxşı əlaqələrimiz var. Azərbaycan bizimlə həm qonşu ölkədir, həm ortaq tarix, mədəniyyət və dilə sahibdir. İki dövlətin arasında gediş-gəliş yaxşı səviyyədədir. Gələnlərin əksəriyyəti təbii ki, xəstəxanalara müalicə üçün gəlirlər. Lakin biz onları İranın gözəlliklərini görmək üçün turist kimi İrana səfər etməyə dəvət edirik. Azərbaycanlı sərmayəçilərin burada turizm sahəsinə yatırım etməsində maraqlıyıq".

M. Xudabəxş gələcəkdə Savalan dağının ətəyindəki ərazilərdə azad iqtisadi zona yaratmağın planlaşdırıldığını söyləyib: "Savalan İqtisadi Zonasının yaradılması üçün ilk növbədə ekspertlər araşdırma aparır. İcrası üçün isə layihə həm hökumət, həm də parlament tərəfindən təsdiq olunmalıdır. Hökumət artıq razılığını verib. Hazırda parlamentdə onun təsdiqlənməsi üçün işlər aparılmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR