Arzu Rəhimov Şirvanda vətəndaşları qəbul edib

Arzu Rəhimov Şirvanda vətəndaşları qəbul edib
# 19 aprel 2014 10:04 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Şirvan şəhərində Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının sakinlərini qəbul edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda 30-dək vətəndaş iştirak edib.

Vətəndaşların müraciətləri daha çox hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsi ilə bağlı olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb.

Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR