Böyük Britaniya parlamentinin deputatı: “Azərbaycan çox güman ki, bütün Orta Asiya qazının tranzit mərkəzinə çevriləcək”

Böyük Britaniya parlamentinin deputatı: “Azərbaycan çox güman ki, bütün Orta Asiya qazının tranzit mərkəzinə çevriləcək”
# 31 mart 2014 14:51 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Böyük Britaniya parlamentinin deputatı, energetika və iqlim dəyişikliyi komitəsinin üzvü Kristofer Pinçerin məqaləsində deyilir.

Deputat hesab edir ki, Ukraynada baş verənlər üzündən bu zərurəti Britaniya da inkar edə bilməz. Onun fikrincə, diversifikasiya prosesində Azərbaycandan qaz tədarükü vacib rol oynayacaq.

“Dünyada ikinci olan Azərbaycanın “Şahdəniz” qaz yatağını nəzərə alsaq, qaz təchizatında hər hansı çatışmazlıq yoxdur”, - deyə o vurğulayıb.

Pinçer qeyd edib ki, Xəzər dənizindən, hətta Şimali İraqdakı Kürdüstandan təbii qaz Azərbaycan vasitəsi ilə Qərbə nəql oluna bilər: “Hasilatla yanaşı Azərbaycan çox güman ki, bütün Orta Asiya qazının tranzit mərkəzinə çevriləcək”.

Pinçer Rusiyanın dominantlığının azaldılmasına xidmət edəcək təşəbbüslər kimi TAP layihəsi infrastrukturunun genişləndirilməsini və “Nabucco West” layihəsinin Avstriya xabına çevrilməsini qeyd edib.

“Azərbaycan Rusiyadan yan keçməklə, neft və qazı Qərbi Avropaya nəql edə biləcək boru xətləri şəbəkəsini maliyyələşdirə və təşkil edə bilər”, - deyə o vurğulayıb.

Pinçer bildirib ki, Avropa Birliyi “Şahdəniz-2”dən hasil olunacaq qazın nəqli üçün boru xəttinin inşasında maraqlıdır: “İndi bu niyyət əməli hərəkətə çevrilməlidir”.

Britaniyalı deputat qeyd edib ki, Böyük Britaniya və Avropa Birliyi Cənubi Qafqazdakı qaz istehsalçıları ilə daha sıx əməkdaşlıq etməlidir. Konkret olaraq o hesab edir ki, Britaniya Xəzər dənizi bölgəsində “BP”nin liderliyini qoruyub saxlamalıdır.

Pincerin fikrincə, Avropa Rusiyadan enerji asılılığına son qoymadan Ukraynaya faydalı dəstək verə bilməyəcək, habelə Rusiya siyasətinə müqavimət göstərə bilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR