Azərbaycan prezidenti Fransanın sabiq baş nazirini qəbul edib - FOTO

Azərbaycan prezidenti Fransanın sabiq baş nazirini qəbul edib - <span style="color: red;">FOTO
# 13 mart 2014 14:34 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Fransanın sabiq baş naziri Dominik de Villpeni qəbul edib.

APA-nın məlumatına görə, görüş zamanı D.Villpen Azərbaycanın əldə etdiyi yüksək iqtisadi inkişaf tempinə görə prezident İlham Əliyevi təbrik edib.

Azərbaycandakı iqtisadi artıma toxunan fransalı qonaq bu cür əhəmiyyətli nəticələrin Avropada da olmasını arzu etdiklərini vurğulayıb. O, Şərqlə Qərb arasında körpü rolunu oynayan, dünyəvi dəyərləri cəmiyyət üçün prioritet hesab edən Azərbaycanın regiondakı rolunu xüsusi qeyd edib. D.Villpen ölkəsinin Azərbaycanla tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Prezident İlham Əliyev isə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı ilə yanaşı, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verildiyini bildirib. Fransanın Azərbaycan üçün əhəmiyyətli tərəfdaşlardan biri olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu deyib.

İlham Əliyev iqtisadi sahədə əlaqələrin inkişafına da toxunub. Prezident ikitərəfli əməkdaşlığın bu istiqamətdə daha da genişləndirilməsi üçün qarşılıqlı marağın olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR