Bu il «Şahdəniz»də 7,3 mlrd. kubmetr qaz hasil olunub

 Bu il «Şahdəniz»də 7,3 mlrd. kubmetr qaz hasil olunub
# 14 noyabr 2013 14:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində «Şahdəniz» yatağından Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatını davam etdirilib. «Şahdəniz-1» mərhələsində hasil olunan qaz Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a (Türkiyə) və «BTC Co.» şirkətinə satılıb.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə yataqdan 7,3 mlrd. kubmetr qaz və 1,85 mln. ton və ya təqribən 14,6 mln. barel kondensat və ya gündəlik təxminən 26,6 mln. kubmetr qaz və 53,7 min barel kondensat hasil edilib.

Qeyd edək ki, 2006-cı ilin sonunda «Şahdəniz»də hasilat başlanandan 2013-cü il oktyabrın 1-dək yataqdan bazarlara təqribən 44,8 mlrd. kubmetr qaz və təqribən 12 mln. ton və ya 94,6 mln. barel kondensat ixrac edilib.

Bu ilin ilk 9 ayında «Şahdəniz» üzrə fəaliyyətə 143 mln. ABŞ dolları həcmində əməliyyat xərcləri və 1 364 mln. dollar əsaslı xərc çəkilib. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq 222 mln. dollar və 2 191 mln. dollar olacağı gözlənilir.

Qeyd edək ki, «Şahdəniz» layihəsində BP (operator - 25,5%), «Statoil» (25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR