HƏMAS və FƏTH koalisiya yaratmaq barədə danışıqlara başlayıblar

HƏMAS və FƏTH koalisiya yaratmaq barədə danışıqlara başlayıblar
# 07 fevral 2013 13:17 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. HƏMAS hərəkatının lideri Xalid Məşəl Fələstin prezidenti Mahmud Abbasla vahid birlik hökumətinin yaradılması ilə bağlı danışıqlar apardığını elan edib.

APA-nın məlumatına görə, o, fələstinlilərin illərdir HƏMAS hərbi qruplaşması ilə Mahmud Abbasın FƏTH partiyası arasındakı anlaşılmazlıqlar səbəbindən təxirə salınan parlament və prezident seçkilərinə hazırlaşdığını da qeyd edib: “Biz barışıq yolunda irəliləyirik”.

Qeyd edək ki, HƏMAS Qəzza sektoruna, FƏTH isə İordan çayının qərb sahilinə nəzarət edir. 2011-ci ilin may ayında HƏMAS və FƏTH əməkdaşlıq barədə müqavilə imzalayıblar, lakin bu razılaşmalar sənəd üzərində qalıb. Son aylar isə münasibətlərin normallaşması istiqamətində ciddi addımlar sezilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR