Saakaşvili 8 ilədək azadlıqdan məhrum edilə bilər - VİDEO

Saakaşvili 8 ilədək azadlıqdan məhrum edilə bilər - <span style="color: red;">VİDEO
# 29 iyul 2014 04:07 (UTC +04:00)

APA TV-nın məlumatına görə, keçmiş dövlət başçısı 2007-ci il, noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin və biznesmen Badri Patarkatsişvilinin digər əmlaklarının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.

Prokurorluğun məlumatında deyilir ki, 2007-ci ilin 7 noyabrında Tiflisdə mitinq dağıdılarkən qanunsuz olaraq rezin güllələrdən istifadə edilib və yüzlərlə adam amansızlıqla döyülüb. Xüsusi təyinatlılar qorxudan mağaza və apteklərdə gizlənən aksiya iştirakçılarını da döyüblər. Həmin gün Gürcüstan Daxili İşlər Nazilriyinin xüsusi təyinatlı dəstəsi “İmedi” telekanalının binasına girib, televiziyanın əməkdaşları binadan çıxarılıb və yayım dayandırılıb. Prokurorluq iddia edir ki, Mixail Saakaşvilinin tapşırığı ilə məmurlar teleşirkətin qanunsuz mənimsənilməsi prosesinə başlayıblar və bu proses televiziyanın sahibi Badri Patarkatsişvilinin ölümündən sonra yekunaşıb. Prokurorluq Mixail Saakaşvilini bu cinayətlərin həyata keçirilməsi üçün bilavasitə əmr verməkdə ittiham edir.

Əgər qaldırılan ittihamlar üzrə günahı sübuta yetirilsə, sabiq dövlət başçısını 5 ildən 8 ilədək həbsxana həyatı gözləyir.

Qeyd edək ki, M.Saakaşvili istintaqa gəlməkdən bir neçə dəfə boyun qaçırıb.

Mixail Saakaşvili özünün “Facebook” səhifəsində ona qarşı qaldırılmış cinayət işinə münasibət bildirib. Eks-prezident heç bir cinayət törətmədiyini bəyan edib və istintaq orqanlarının iddialarını “siyasi ittiham” adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR