«Bank Avrasiya»nın zərəri kəskin artıb

«Bank Avrasiya»nın zərəri kəskin artıb
# 20 fevral 2013 07:11 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 6,977 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 45,4% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda hesabat ilində bankın xərcləri 63,0% artaraq 8,658 mln. manata çatıb.

Bankdan bildirilib ki, ötən ilin yekunda bankın 1,658 mln. manat həcmində zərəri yaranıb və bu, 2011-ci ilin analoji göstəricisindən (514 min manat) 3,2 dəfə çoxdur.

Qeyd edək ki, təhlil olunan dövrün yekununda bankın faiz gəlirləri 6,014 mln. manat, qeyri-faiz gəlirləri 962 min manat, faiz xərcləri 2,412 mln. manat, qeyri-faiz xərcləri isə 2,299 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR