Mahmud Məmmədquliyev: “Martda Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi barədə danışıqların son raundu keçirilə bilər”

Mahmud Məmmədquliyev: “Martda Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi barədə danışıqların son raundu keçirilə bilər”
# 19 fevral 2013 08:42 (UTC +04:00)

Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev APA-ya açıqlamasında deyib. O bildirib ki, bəzi məsələlər, əsasən də readmissiya ilə bağlı məsələlər tam həllini tapmayıb: “Viza ilə bağlı mürəkkəb məsələ qalmayıb, lakin bu sahədə də bəzi məqamlar müzakirə edilməlidir. Readmissiya ilə əlaqədar isə ciddi müzakirə edilməli məqamlar var. Çalışılmalıdır ki, onların üzərində kompromis əldə edilsin”.

Nazir müavini Avropa Birliyinin Enerji, nəqliyyat və ətraf mühit üzrə alt komitəsinin Azərbaycanda keçirilən iclası haqda da danışaraq qeyd edib ki, bu qurum Azərbaycanla əməkdaşlıq edən alt komitələrdən biridir. Bundan başqa, AB-nin Ticarət, İnsan haqları, demokratiya və təhlükəsizlik, Sosial və humanitar məsələləri üzrə digər alt komitələri də əməkdaşlıq əlaqələri qurulub: “Gündəlikdə bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulur. Sabah isə Azərbaycan tərəfi ilə Avropa Birliyi arasında yalnız enerji məsələləri müzakirə ediləcək. Bizim Avropa Birliyi ilə əməkdaşlığımız bu sahədə strateji xarakter daşıyır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR