Ali Məhkəmə “Yehovanın Şahidləri” dini icmasının Dövlət Komitəsinə qarşı iddiasını təmin etməyib

Ali Məhkəmə “Yehovanın Şahidləri” dini icmasının Dövlət Komitəsinə qarşı iddiasını təmin etməyib
# 21 fevral 2013 07:08 (UTC +04:00)

APA-nın məlumatına görə, iddiaçılar Dövlət Komitəsinə qarşı ədəbiyyatın məhdudiyyətsiz idxalına icazə verilməsi barədə iddia qaldırıblar.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlayıb. Ötən gün iddiaya baxan Ali Məhkəmə də qərarı qüvvədə saxlanılaraq, iddiaçıların kasasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, “Yehovanın Şahidləri” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini əvvəllər də məhkəməyə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR