Dmitri Medvedev Qərbin sanksiyaları və neftin ucuzlaşmasının Rusiya iqtisadiyyatına mənfi təsirini etiraf edib 

Dmitri Medvedev Qərbin sanksiyaları və neftin ucuzlaşmasının Rusiya iqtisadiyyatına mənfi təsirini etiraf edib 
# 17 dekabr 2014 11:49 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev hökumətin maliyyə-iqtisadi bloku ilə keçirdiyi müşavirədə deyib.

D. Medvedev bildirib ki, rubla lazımi dəyər verilmir və rublun hazırkı kursu iqtisadiyyatdakı real vəziyyəti əks etdirmir: “Biz iki faktordan qaynaqlanan problemlərlə qarşılaşmışıq. Bu faktorlar bizim ölkəmizdən asılı deyil”.

Hökumət rəhbəri Rusiya iqtisadiyyat üçün problem yaradan faktorlar kimi neftin ucuzlaşmasını və sanksiyaları göstərib. O qeyd edib ki, Qərbin sanksiyaları nəticəsində xarici bazarlar Rusiya şirkətləri və bankları üçün demək olar ki, bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR