Azərbaycanda ətraf mühitə ziyan vuran sənaye müəssisələrinə nəzarətin gücləndirilməsi üçün qanunvericiliyə dəyişikliklər ediləcək

Azərbaycanda ətraf mühitə ziyan vuran sənaye müəssisələrinə nəzarətin gücləndirilməsi üçün qanunvericiliyə dəyişikliklər ediləcək
# 26 dekabr 2014 20:52 (UTC +04:00)

APA-nın məlumatına görə, bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramının “Qanunvericiliyin təkmilləşdirilməsi” bölməsində qeyd edilib ki, İqtisadiyyat və Sənaye Nazirliyi 2015-ci ildə investisiyaların təşviqi ilə bağlı mexanizmin və müvafiq normativ hüquqi aktın, sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq normativ hüquqi aktın layihələrini hazırlamalıdır. Nazirliyə 2015-201-ci illərdə sənaye sahəsində fəaliyyəti tənzimləyən qanunvericiliyin təhlil edilməsi və təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanması da tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR