“Kapitalbank”ın aktivləri 1,3 mlrd. manata çatıb

“Kapitalbank”ın aktivləri 1,3 mlrd. manata çatıb
# 01 sentyabr 2014 12:39 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Kapitalbank”ın aktivlərinin həcmi 2014-cü ilin II rübündə 1 267,298 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,42% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,24% artaraq 794,940 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 28,32% artaraq 494,300 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 89,60% artaraq 244,076 mln. manata çatdığı halda, nizamnamə kapitalı 3 dəfə artaraq 150 mln. manat təşkil edib.

Cari ilin II rübündə bankın əldə etdiyi mənfəət 25,729 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 100 filialı və şöbəsi, 482 bankomatı, 1 027 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR