“Azərbaycan Hava Yolları” məhkəməyə verilib

“Azərbaycan Hava Yolları” məhkəməyə verilib
# 06 fevral 2013 08:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Azərbaycan Hava Yolları” QSC məhkəməyə verilib. APA-nın məlumatına görə, “Azərətsüd” İcarə Topdansatış Birliyi “Azərbaycan Hava Yolları” QSC-yə qarşı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.

Qeyd edək ki, əvvəlcə “Azərbaycan Hava Yolları” QSC birliyə qarşı inzibati və gözətçi binanın və torpaq sahəsinin məcburi qaydada boşaldılması barədə iddia ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Həmin qətnamə ilə razılaşmayan “Azərətsüd” İcarə Topdansatış Birliyi isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR