Azərbaycanda orta məktəblərdə xüsusi hərbiləşdirilmiş sinif otaqları yaradılacaq

Azərbaycanda orta məktəblərdə xüsusi hərbiləşdirilmiş sinif otaqları yaradılacaq
# 04 fevral 2013 09:47 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycandakı orta məktəblərdə gənclərin hərbi hazırlığını təmin etmək məqsədilə xüsusi siniflər yaradılması planlaşdırılır. Bu barədə APA-ya Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək proqram çərçivəsində 500-dən artıq şagirdin təhsil aldığı orta məktəblərdə xüsusi hərbiləşdirilmiş sinif otaqları yaradılacaq. Hərbiləşmiş siniflər xüsusi dərsliklər, zəruri avadanlıqlar (əleyhqaz, təlim qumbarası, təlim silahları) ilə tam təchiz olunacaq. Bu kabinetlərdə atıcı silahlardan atışların keçirilməsi üçün trenajorlar qurulacaq.

Hazırda üzərində işlənilən proqramın reallaşdırılmasına Müdafiə Sənayesi Nazirliyi də cəlb olunacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR