Masallıda canavar kəndə hücum edib - FOTO - VİDEO

Masallıda canavar kəndə hücum edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 dekabr 2014 14:27 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Köhnə Alvadı kəndində qeydə alınıb.

Vəhşi heyvan kənd sakini Məhərrəm Məhərrəmovun yaşadığı evin həyətyanı sahəsinə girib. Canavarı görən ev sahibi qonşularını köməyə çağırıb. Kənd sakinləri vəhşini toyuq hininə salıb tutublar.

Hadisə barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi İdarəsinə və rayon Baytarlıq İdarəsinə məlumat verilib. Aidiyyəti orqanların əməkdaşları kəndə gələrək canavarı təhvil alıblar.

Daha sonra canavar meşəyə buraxılıb.

Yerli sakinlərin sözlərinə görə, indiyədək kənd yaxınlığında canavara rast gəlinməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR