Zərdabda ildırım düşməsi nəticəsində yanğın olub

 Zərdabda ildırım düşməsi nəticəsində yanğın olub
# 22 sentyabr 2014 07:25 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdab rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Qoruqbağı kəndində qeydə alınıb. 1958-ci il təvəllüdlü Nəbi Mustafa oğlu Məhərrəmova məxsus ümumi sahəsi 120 kvadratmetr olan tövlədə güclü yanğın olub.

Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Tövlənin 70 kvadratmetr çardaq hissəsi yanıb, qalan hissə və yaxınlıqdakı 2 ev yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

Yerli sakinlər yanğının ildırım düşməsi nəticəsində baş verdiyini ehtimal edirlər. Məlumata görə, güclü leysan ildırımla müşahidə olunub. Aparılan araşdırmalardan sonra hadisənin hansı səbəbdən baş verdiyi məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR