Azərbaycan səfiri etimadnaməsini Cənubi Koreya prezidentinə təqdim edib - FOTO

Azərbaycan səfiri etimadnaməsini Cənubi Koreya prezidentinə təqdim edib - <span style="color: red;">FOTO
# 08 avqust 2014 12:56 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov etimadnaməsini bu ölkənin prezidenti xanım Park Gın-hyeyə təqdim edib. Səfirlikdən APA-ya verilən məlumata görə, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə R. Teymurov Azərbaycanın Koreya Respublikası ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, Asiya regionunda Koreyanın Azərbaycan üçün mühüm tərəfdaş olduğunu bildirib. O, Azərbaycanın münasibətlərin bütün sahələrdə inkişafında maraqlı olduğunu Koreya Prezidentinin diqqətinə çatdırıb.

Öz növbəsində xanım Park Qın-hye ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini, son dövrlərdə Azərbaycanda həyata keçirilən layihələrdə Koreya şirkətlərinin fəal iştirakını nəzərə çatdırıb və qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR