Batmış Costa Concordia kruiz laynerini ABŞ şirkəti çıxardacaq

Batmış Costa Concordia kruiz laynerini ABŞ şirkəti çıxardacaq
# 21 aprel 2012 17:50 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Titan Salvage şirkəti İtaliya sahillərində batmış Costa Concordia kruiz laynerini çıxardacaq.


APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ şirkəti laynerin çıxarılmasına dair elan olmuş tenderin qalibi olub. Cilio adasının sahilində batmış gəminin çıxarılması bir il müddətə həyata keçiriləcək.

Xatırladaq ki, “Costa Cruises” (“Costa Crociere”) şirkətinə məxsus Costa Concordia gəmisi bu ilin yanvarın 14-nə keçən gecə İtaliyanın Toskana vilayəti yaxınlığındakı Cilyo adası ətrafında qəzaya uğrayıb. Hadisə baş verən anda gəminin göyərtəsində 4,2 min nəfər sərnişin olub. Qəzanın əsas səbəbkarı olaraq göstərilən gəmi kapitanı Françesko Skettino artıq həbs olunub. O, həm də sərnişinlərin evakuasiyası başa çatmadan gəmini tərk etməkdə ittiham edilir. Qəza nəticəsində 32 nəfər həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR