Azərbaycan Hesablama Palatasının bir neçə dövlət müəssisə üzrə hesabatları Milli Məclisə təqdim edəcək

Azərbaycan Hesablama Palatasının bir neçə dövlət müəssisə üzrə hesabatları Milli Məclisə təqdim edəcək
# 07 may 2012 09:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Hesablama Palatasının son kollegiya iclasında palata tərəfindən bir neçə dövlət müəssisəsinin fəaliyyəti ilə bağlı rəy və hesabatları müzakirə olunaraq təsdiq olunub.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, iclasda dövlət büdcəsinin “Təhsil” bölməsi üzrə mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinin tabeliyində olan “Təhsil” Respublika İdman Mərkəzinə, Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat Məktəbinə, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 və 12 nömrəli Xüsusi İnternat Məktəblərinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadə olunmasına, Azərbaycan Memarlıq və İnşaat Universitetinə və onun nəzdində fəaliyyət göstərən İnşaat kollecinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadə olunmasına, həmçinin dövlət büdcəsinin ehtiyat fondlarından Astara və Qusar Rayon İcra Hakimiyyətlərinə avtomobil yollarının tikintisinə (təmirinə) ayrılan vəsaitlərin istifadəsinə, habelə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Səhiyyə Nazirliyinə 2010-2011-ci illərdə əsaslı tikintisi və təmiri başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsinə dair rəy və hesabatlar müzakirə olunaraq təsdiq olunub. Nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında həmçinin dövlət büdcəsindən Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-yə Şəki rayonunda Vərəzəd və Zəyzid kəndlərini birləşdirən yolda körpünün yenidən qurulmasına, Zaqatala və Qax Yol İstismar İdarələrinə ayrılan vəsaitlərin istifadəsinə, Azərbaycan Almaniyadakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsinə, habelə Naxçıvan MR büdcəsindən Naxçıvan Dövlət Texniki Kollecinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramları da təsdiq edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR