Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: “Müqəddəs kitabda cinayət törətmək yazılmayıb”

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi: “Müqəddəs kitabda cinayət törətmək yazılmayıb”
# 19 noyabr 2015 15:35 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov və GMİ-nin nümayəndəsi Firdovsi Qasımov “Qafqazda terrorizm təhlükəsi” mövzusunda mətbuat konfransı keçiriblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Hacı Ramin son vaxtlar İslam adı altında törədilən terror hadisələrindən danışıb. O bildirib ki, terrorçular öz siyasi məqsədlərinə çatmaq üçün İslam adından istifadə edirlər: “Müqəddəs kitabda cinayət törətmək yazılmayıb. Əvvəllər belə cinayətlər olmayıb, yalnız son on illərdə belə hadisələr baş verir. Biz dünyanı sülhə, birliyə, dostluğa və sevgiyə çağırırıq”.

F. Qasımov isə İslamın terror dini olmadığını vurğulayıb: “Terrorçular “cihad” kəlməsini işlədirlər, lakin cihad ailə və vətəni müdafiə etmək deməkdir. Bu, silahsız insanlara hücum deyil. Vətəndaşlar və media nümayəndələri bu sözlərə diqqət etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR