Rusiya XİN: "Ukraynada növbədənkənar parlament seçkiləri baş tutub"

Rusiya XİN: "Ukraynada növbədənkənar parlament seçkiləri baş tutub"
# 27 oktyabr 2014 10:36 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rəsmi Moskva Ukraynada keçirilən növbədənkənar parlament seçkilərini baş tutmuş sayır. Biz rəsmi nəticələri gözləyirik. Hələlik olduqca ziddiyətli məlumatlar var. Lakin sərt və çirkin kampaniyalara baxmayaraq, seçkinin baş tutduğu göz qabağındadır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

Onun sözlərinə görə, Ukraynada qüvvələr balansı ölkə rəhbərliyinə cəmiyyətdəki köklü problemlərin həlli ilə ciddi məşğul olmağa imkan verir. "Yeni Ali Radada cəmiyyətin bütün üzvləri, regionların nümayəndələri ilə birbaşa dialoq qurmaq, problemlərin diplomatik yolla həllinə səy göstərmək lazım olacaq", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR