ADA Kitab Mərkəzində “Azərbaycan Mərkəzi Avrasiyanın Regional Mərkəzi kimi” adlı kitabın təqdimatı keçirilib - FOTOSESSİYA

ADA Kitab Mərkəzində “Azərbaycan Mərkəzi Avrasiyanın Regional Mərkəzi kimi” adlı kitabın təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 15 may 2012 16:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Diplomatik Akademiyasının Kitab Mərkəzi ADA-nın nəşr etdiyi “Azərbaycan Mərkəzi Avrasiyanın Regional Mərkəzi Kimi” adlı kitabının təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, kitab, ADA-nın tədqiqatçısı Taleh Ziyadovun bir illik əməyinin nəticəsində ərsəyə gəlib.

Kitab, Avro-Asiyanın ticarət, nəqliyyat, loqistika və təchizat şəbəkələrini strateji cəhətdən araşdırmaqla, Azərbaycan üçün əsas strategiya müəyyənləşdirir. Müəllif ölkənin qeyri-neft sektorunun inkişafına nəzər salır və “Azərbaycan 2030” strategiyasının hazırlanması və həyata keçirilməsi üçün müxtəlif variantlardan birini təklif edir.

Tədbiri açıq elan edən ADA-nın rektoru, səfir Hafiz Paşayev ümidvar olduğunu bildirib ki, bu tədqiqatın araşdırmaları hazırda yazılmaqda olan “Azərbaycan 2020: Gələcəyə Baxış” milli inkişaf strategiyasının hazırlanmasına öz töhvəsini verəcək və Azərbaycanda qeyri-neft sektorunun iqtisadi inkişafı ətrafındakı məsələlərin anlaşılmasına aydınlıq gətirəcək.

Taleh Ziyadov Azərbaycanın qeyri-neft sektorunda həyata keçirilən bütün əsas nəqliyyat və inkişaf layihələrini, o cümlədən Azad İqtisadi Zona (AİZ) layihəsini, vahid məqsəd və strategiya altında birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Bu strategiya regionun gələcək inkişafı üçün ümumi fikrin yaranmasına və Azərbaycanın qədim İpək Yolu boyunca ticarət mərkəzi kimi tarixi mövqeyini bərpa etməsinə təkan verəcək.

Müəllif qeyd edib ki, “Azərbaycan üçün uğurlu mərkəz strategiyası Azad İqtisadi Zona (AİZ) və İstehsalatın Pay Bölgüsü (İPB) prinsiplərindən istifadə olunaraq hazırlanmalı və nəqliyyat-loqistika layihələrinə xüsusi diqqət yetirməlidir: “Bu halda, ölkənin qeyri-neft iqtisadiyyatına edilən birbaşa xarici investisiyaların sayı artaraq regionda qeyri-neft ticarəti dirçələcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR