“Eurovision 2012”nin II yarımfinalında çıxış edəcək ölkələrin məşqi və mətbuat konfransı keçirilib

“Eurovision 2012”nin II yarımfinalında çıxış edəcək ölkələrin məşqi və mətbuat konfransı keçirilib
# 15 may 2012 20:06 (UTC +04:00)
APA-nın xəbərinə görə, məşqlərdə Zeljko Yoksimoviç (Serbiya), Kaliopi (Makedoniya), Joan Franka (Niderland), Kurt Kalleya (Malta),"Litesound" (Belarus),Filipa Sousa (Portuqaliya), Qaytana (Ukrayna ),Sofi Marinova (Bolqarıstan) iştirak edib.

Serbiya təmsilçisi Zeljko Yoksimoviç və onun müsabiqə mahnısı “Nije Ljubav Stvar” və Ukrayna təmsilçisi Qaytana Essaminin çıxışları daha diqqətçəkən olub.

Zeljko Yoksomoviç Bakıya dünən gəldiyini, buna görə də şəhəri hələ gəzə bilmədiyini bildirib. Amma artıq ilk məşqindən sonra o bu vaxtından səmərəli istifadə edəcəyini söyləyib. Zeljko bu il qalib gələcəyinə böyük ümid etdiyini də bildirib.

Ukrayna təmsilçisi Qaytana isə Bakıdakı memarlıq abidələri və binaların gözəlliyinin onu cəlb etdiyini bildirib. O, Ukraynanın keçmiş eurovisionçuları Ruslana və Ani Lorakinin də ona dəstək olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR