Prezident İlham Əliyev: “Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs olunmur” - APA TV

Prezident İlham Əliyev: “Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs olunmur” - <span style="color: red;">APA TV
# 21 iyun 2013 12:47 (UTC +04:00)

Brüssel. Fuad Qulubəyli-APA. “Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkədə siyasi məhkumlar yoxdur”. APA-nın Brüsselə ezam olunmuş Avropa müxbirinin məlumatına görə, bu barədə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşdən sonra keçirdiyi brifinqdə Azərbaycan prezidenti İlham Əliyev deyib. Jurnalistin sualını cavablandıran prezident Əliyev bildirib ki, onun opponentlərindən heç biri həbsdə deyil: “Azərbaycanda siyasi məhbus yoxdur, AŞPA Monitorinq Komitəsinin hesabatını oxusanız, buna əmin ola bilərsiniz. Azərbaycan insan haqları və demokratik inkişaf sahəsində öhdəliklərinə tam riayət edir. Azərbaycan demokratik ölkədir. Ölkədə müxtəlif siyasi partiyalar sərbəst fəaliyyət göstərir”.

Prezident qeyd edib ki, ölkədə hələlik seçki kampaniyası başlamayıb, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçilər dəvət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR