Azərbaycanda prezident seçkilərini izləyəcək MDB Müşahidə Missiyasına yenə də Yevgeni Sloboda rəhbərlik edəcək

Azərbaycanda prezident seçkilərini izləyəcək MDB Müşahidə Missiyasına yenə də Yevgeni Sloboda rəhbərlik edəcək
# 20 avqust 2008 13:27 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Y. Sloboda qarşıdan gələn prezident seçkilərində MDB Müşahidə Missiyasına rəhbərlik edəcəyini bildirib, Azərbaycanın Seçki Məcəlləsinə edilmiş dəyişiklikləri alqışladığını deyib.

Öz növbəsində, E. Məmmədyarov prezident seçkilərinin şəffaf və obyektiv keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən lazımi şəraitin yaradılacağını söyləyib.

Qeyd edək ki, 2005-ci ildə Azərbaycanda keçirilmiş parlament seçkilərini izləmiş MDB Müşahidə Missiyasına da Y. Sloboda rəhbərlik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR