Bakıda üç avtomobil toqquşub, ölən və yaralananlar var

Bakıda üç avtomobil toqquşub, ölən və yaralananlar var
# 15 may 2009 08:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında üç avtomobil toqquşub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Məlumata görə, Suraxanı rayon sakini, 1956-cı il təvəllüdlü Aslan Əzizağa oğlu Hacıbalayevin idarə etdiyi “VAZ-2106” markalı, 10 KM 154 dövlət nömrə nişanlı maşın əks istiqamətdə hərəkət edən 1990-cı il təvəllüdlü Ülvi Valeh oğlu Əmiraslanovun idarə etdiyi “BMW” markalı, 10 VB 522 dövlət nömrə nişanlı və 1947-ci il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı, 10 VJ 245 dövlət nömrə nişanlı avtomobillərlə toqquşub. Qəza nəticəsində “VAZ-2106”ın sürücüsü A. Hacıbalayev hadisə yerində dünyasını dəyişib. Onun maşınında olan sərnişin, 1958-ci il təvəllüdlü Məhbubə Vəli qızı Balakişiyeva isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər avtomobillərin sürücüləri isə yüngül xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR