Azərbaycan analoq teleyayımla bağlı Rusiyada keçiriləcək seminarda iştirak edəcək

Azərbaycan analoq teleyayımla bağlı Rusiyada keçiriləcək seminarda iştirak edəcək
# 10 iyun 2009 12:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rusiyada keçiriləcək «Analoq TV yayımından rəqəmsal TV-yə keçid, texniki, iqtisadi, sosial xərclərin və üstünlüklərin müqayisəsi» mövzusunda seminarda iştirak edəcək.

Dövlət Radiotezliklər İdarəsindən (DRİ) «APA-Economics»ə verilən məlumata görə, seminar bu ilin iyunun 16-18-də Saransk şəhərində keçiriləcək. Tədbirdə Azərbaycanı DRİ-nin radiomonitorinq şöbəsinin rəisi Pərviz Hüseynovun təmsil edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR