Azərbaycan klubu “Qalatasaray”ı məğlub edib

Azərbaycan klubu “Qalatasaray”ı məğlub edib
# 14 oktyabr 2009 14:36 (UTC +04:00)
Bakı - APA. Bakının qadın voleybolçulardan ibarət “Rabitə” klubu bu gün Türkiyədə qələbə qazanıb. Azərbaycan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin apasport.az saytına verdiyi məlumata görə, komandamız “Qalatasaray”ı yoldaşlıq görüşündə asanlıqla məğlub edib. İstanbulun “Burhan Felek” İdman Sarayında keçirilmiş oyun voleybolçularımızın 3:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, “Qalatasaray”la matç “Rabitə” üçün dekabrda Avropa Voleybol Konfederasiyası (CEV) Kubokunun 1/16 final mərhələsində Polşanın “Qvardiya” klubu ilə qarşılaşmaya hazırlıq xarakteri daşıyıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR