Azərbaycan milli komandası Litvaya qarşı yeni dizaynlı geyimdə çıxacaq

Azərbaycan milli komandası Litvaya qarşı yeni dizaynlı geyimdə çıxacaq
# 19 mart 2008 13:38 (UTC +04:00)
Yeni formaların tam fərqli dizaynda hazırlandığını söyləyən C.Qarayev geyimin rənglərini açıqlamayıb: “Milli komanda üçün ev və səfər dəstləri sifariş olunub. Formaların rəngi barədə nə isə deyə bilmərəm. Çünki martın 23-də yeni formaların təqdimat mərasimi keçiriləcək”. Assosiasiya rəsmisi vurğulayıb ki, geyim dəstləri İngiltərədən gətiriləcək: “Umbro” İngiltərənin brendi olsa da, formaların əksəriyyəti Cənub-Şərqi Asiya ölkələrində tikilir. Lakin yığmamız üçün dəstlər məhz İngiltərədən gətiriləcək”. C.Qarayev onu da əlavə edib ki, AFFA-nın “Umbro” ilə 2010-cu ilədək müqaviləsi var: “Qüvvədə olan razılaşmanın müddəti 2 ildən sonra başa çatacaq. Biz “Umbro” ilə yeni müqavilə bağlamamışıq, sadəcə, bu firma tərəfindən hazırlanan yeni geyim dəstlərini əldə etmişik. Razılaşmanın bütün təfərrüatları barədə isə təqdimat mərasimində məlumat veriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR