Hüquq müdafiəçiləri əfv olunmasını istədikləri məhbusların siyahısını “Aqo” qrupuna təqdim ediblər

Hüquq müdafiəçiləri əfv olunmasını istədikləri məhbusların siyahısını “Aqo” qrupuna təqdim ediblər
# 03 aprel 2008 16:56 (UTC +04:00)
Bu barədə APA-ya İşçi Qrupun üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib. Onun sözlərinə görə, hüquq müdafiəçiləri iclasda İşçi Qrupda aparılan müzakirələr, razı və narazı qaldıqları məqamlar, həbsdə olan jurnalistlərə və xəstə məhkumlara əfv fərmanının şamil edilməsi barədə çıxış edərək təkliflərini bildiriblər. Onlar hazırladıqları məhbus siyahısını “Aqo” qrupuna təqdim ediblər: “Biz “Aqo” qrupunun üzvlərindən həbsdə olan jurnalistlərin və xəstə məhkumların azadlığa buraxılması üçün yardımçı olmalarını xahiş etdik”. Ç. Qənizadə təqdim etdikləri siyahıda ümumilikdə 29 məhbusun adının olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR